XƏBƏRLƏR / Hadisə

Lift qırılması nəticəsində xəsarət alanların son durumu

TƏBİB xəbər verir

Lift qırılması nəticəsində xəsarət alanların son durumu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13.06.2024-cü il tarixində saat 22:00 radələrində Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    TƏBİB-dən bildirilib ki, xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Xəsarət alanların vəziyyəti ətraflı dəyərləndirildikdən sonra əlavə məlumat veriləcək.

    Xatırladaq ki, “Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb, 8 nəfər xəsarət alıb.