Beyləqanda 19 yaşlı oğlan kanalda boğulub VİDEO

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 6 avqust 2026-cı il tarixində Beyləqan rayonu, Birinci Şahsevən kəndində "Yeni Xan qızı" kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Hazırda batması ehtimal edilən 2007-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun axtarışları davam etdrilir.

    Əlavə məlumat veriləcək.