XƏBƏRLƏR / Hadisə

Bərdədə qızı ödürməkdə şübhəli bilinən şəxsin meyiti tapıldı

1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun meyiti bu gün Qarabağ kanalından çıxarıllıb

Bərdədə qızı ödürməkdə şübhəli bilinən şəxsin meyiti tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlanıb.

    Sentyabr ayının 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Sentyabr ayının 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Onun meyiti oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.