XƏBƏRLƏR / Hadisə

Rusiyada “Su-34” təyyarəsi qəzaya uğrayıb

Ekipaj üzvləri həlak olub

Rusiyada “Su-34” təyyarəsi qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Su-34” təyyarəsi Şimali Osetiya dağlarında planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, təyyarə boş əraziyə düşüb və ekipaj üzvləri həlak olub. Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir.