XƏBƏRLƏR / Hadisə

Naxçıvanda polis uşağı xilas etmək üçün özünü qurban verib

Uzunoba gölündə batanları xilas etməyə çalışan polis əməkdaşı suda boğulub

Naxçıvanda polis uşağı xilas etmək üçün özünü qurban verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Uzunoba gölündə batanları xilas etməyə çalışan polis əməkdaşı suda boğulub.


    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xidməti vəzifədən kənar ailəsi ilə birlikdə gölün sahilində istirahət edən polis serjantı Vüsal Quliyev (1982-ci il təvəllüdlü) suda boğulan 13 yaşlı yeniyetməni xilas edib. Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızı xilas etməyə çalışan polis əməkdaşı qadınla birlikdə boğularaq ölüb.

    Xilas edilən 2010-cu il təvəllüdlü Murad Mehdiyev xəstəxanaya yerləşdirilib.

    Məlumatı Naxçıvan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Qeyd olunur ki, ölən şəxs Naxçıvan şəhər polis şöbəsinin əməkdaşıdır.