XƏBƏRLƏR / Hadisə

İmişlidə binada partlayış olub, xəsarət alan var FOTO

Hadisə səhər saatlarında olub

İmişlidə binada partlayış olub, xəsarət alan var FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İmişlidə çoxmənzilli binada partlayış hadisəsi qeydə alınıb. Hadisə zamanı bir nəfər xəsarət alıb.

    Hadisə səhər saatlarında İmişli şəhəri Tofiq İsmayılov küçəsində yerləşən 5 mərtəbəli və 15 mənzilli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Partlayış nəticəsində 1993-ci il təvəllüdlü Musayev İlyas Azay oğlu xəsarət alıb.

    Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Xəsarət alaraq mənzildə köməksiz qalan həmin şəxs yanğınsöndürənlər tərəfindən xilas edilib, yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

    Fakt araşdırılır.