XƏBƏRLƏR / Hadisə

İstanbulda güclü yanğın: 27 ölü, 3 yaralı YENİLƏNİR/FOTO

Prezident Ərdoğan yanğınla bağlı məlumat alıb

İstanbulda güclü yanğın: 27 ölü, 3 yaralı YENİLƏNİR/FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 17:30

    İstanbulda kafedə baş verən yanğında ölənlərin sayı 27 nəfərə çatıb. (NTV)

    Hadisə nəticəsində yaralananların sayı 3 nəfərdir.

    Yanğının söndürülməsinə 31 yanğınsöndürmə maşını və 86 nəfər personal cəlb olunub. Hazırda yanğın söndürülüb.

    ***

    16:50

    İstanbulda 16 mərtəbəli binada yanğın zamanı 15 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.

    ***

    Prezident Ərdoğan Daxili İşlər Naziri Yerlikaya zəng edərək İstanbulun Qayrettəpəsində 12 nəfərin həyatını itirdiyi yanğınla bağlı məlumat alıb.

    ***

    İstanbulda 16 mərtəbəli binada yanğın baş verib.

    “TRT Haber” xəbər verir ki, binanın birinci mərtəbəsində qeydə alınan yanğın zamanı 12 nəfər həlak olub, daha 13 nəfər isə yaralanıb.

    Yanğının sözügedən mərtəbədə təmir zamanı başladığı bildirilir.