XƏBƏRLƏR / Hadisə

Ermənistanda partlayış nəticəsində 5 ölü, 11 yaralı

Ermənistan Daxili İşlər Nazirliyi xəbər yayıb FOTO / YENİLƏNİB

Ermənistanda partlayış nəticəsində 5 ölü, 11 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 20:17

    Xilasedicilər Çəmbərəkdə yaşayış binasında baş verən qaz partlayışı və yanğın nəticəsində ölən 5-ci şəxsin meyitini çıxarıblar. Polisdən bildirilib ki, əməliyyat-axtarış tədbirləri başa çatıb.

    ***

    13:17

    Ermənistanın Çəmbərək şəhərinin yaşayış binasında məişət qazı partlayıb, Ermənistan Daxili İşlər Nazirliyini aydınlıq gətirilib.

    Nəticədə binanın 2, 3 və 4-cü mərtəbələrindəki mənzillər uçub, bitişik mənzillərə isə qismən ziyan dəyib.

    Çəmbərəkdəki partlayış və yanğından sonra 9 vətəndaş xəstəxanaya yerləşdirilib, Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

    Ölənlərin sayı 3-ə çatıb, dağıntılar altında daha 3 nəfərin axtarışı davam edir, Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Xilasedicilərin sözlərinə görə, həlak olanların hamısı qadındır.