Xəsarət alan iki uşaq Mangistauda əməliyyat olunacaq
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən xəbər verilir
“AZAL” aviaşirkətinin Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan iki uşaq yaxın saatlarda Mangistau vilayətində xəstəxanada əməliyyat olunacaq.
16 yaşlı Salihat Cerovanın ağır travmatik şok, qapalı kəllə-beyin travması, beyin silkələnməsi və sol ayağının açıq sınığı, 11 yaşlı Mariam Arsbayevanın üzərində qançırlar və sıyrıqlar, çanaq sümüyünün sınığı, başından xəsarətlər və beyin silkələnməsi var.