XƏBƏRLƏR / Hadisə

Azərbaycan rəsmiləri Qazaxıstanda qəza yerindədir FOTO

Onlar Prezidentin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar

Azərbaycan rəsmiləri Qazaxıstanda qəza yerindədir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadır. Bunlar rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

    Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.