XƏBƏRLƏR / Hadisə

Pakistanda partlayış, 6 nəfər həlak olub

Xilasetmə əməliyyatı yeddi saat davam edib

Pakistanda partlayış, 6 nəfər həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanda qaz balonunun partlaması nəticəsində 6 nəfər ölüb.

    Pakistanın Hayber Paxtunxva əyalətinin Mardan rayonunda qaz balonu partlayıb, yaşayış binasının dam örtüyü uçub.

    Evlərdən birində baş verən partlayış iki mərtəbəli binanın damına ziyan vurub, insanlar dağıntılar altında qalıb.

    Xilasetmə əməliyyatı təxminən yeddi saat davam edib. Səkkiz nəfər dağıntılar altından çıxarılsa da, altı nəfəri xilas etmək mümkün olmayıb.