Qazaxıstanda yoxa çıxan helikopterin qalıqları tapılıb
Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb

Ötən gün Qazaxıstanın Almatı vilayətində yoxa çıxmış hərbi helikopterin hissələri aşkarlanıb.
Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Otar yaşayış məntəqəsi ərazisində əlaqənin kəsildiyi helikopter Qazaxıstan Hava Müdafiə Qüvvələrinə məxsusdur.
FHN-in xilasediciləri Almatı vilayətinin Sorbulak gölü akvatoriyasında helikopterə aid olduğu ehtimal edilən parçalar aşkarlayıblar.
Axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur.