XƏBƏRLƏR / Hadisə

İranın Qorqan şəhərində göydən PUA-lar yağıb

Hadisə nəticəsində yaralananlar var

İranın Qorqan şəhərində göydən PUA-lar yağıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın şimalında yerləşən Qorqan şəhərinə göydən 8 pilotsuz təyyarə və digər naməlum obyektlər düşüb. Bu barədə İran Press agentliyi yerli hakimiyyət orqanlarına və hadisə şahidlərinə istinadən məlumat yayıb.

    Hadisə nəticəsində iki nəfər yaralanıb. Gülistan əyalətinin polis rəisi Qorqanın bir neçə bölgəsində naməlum obyektlərin düşməsi ilə bağlı xəbərləri təsdiqləyib və vəziyyətin nəzarət altında olduğunu bildirib.

    İranın Müdafiə Nazirliyi raket sınağı zamanı texniki nasazlıq olduğunu bildirib. Bu barədə məlumatı İran Press agentliyi yayıb.

    Müdafiə Nazirliyinin sözçüsü İRİB-ə müsahibəsində bildirib ki, Qorqanda partlayıcı döyüş başlığına malik hücum xarakterli raket sisteminin sınaqları zamanı texniki nasazlıq müəyyən edilib.

    Sınaq aparılan sistemlərdən biri texniki nasazlıqla üzləşib, əsas yoldan çıxıb və dağılıb, raketin hissələri Qorqan şəhəri ərazisinə düşüb.