XƏBƏRLƏR / Hadisə

3 yeniyetməni “tok” vurub öldürdü

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib

3 yeniyetməni “tok” vurub öldürdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabirabadda 3 yeniyetmə faciəvi şəkildə ölüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, iyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

    Hazırda faktla bağlı araşdırma aparılır.