XƏBƏRLƏR / Hadisə

Zəvvarları daşıyan avtobus qəzaya düşüb

Qəza nəticəsində ölən və yaralanan var

Zəvvarları daşıyan avtobus qəzaya düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələn zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.

    Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu açıqlayıb.