XƏBƏRLƏR / Hadisə

Türkiyədə zəncirvari yol qəzasında 3 nəfər ölüb, 6 nəfər yar

Altı nəfər yaralanıb

Türkiyədə zəncirvari yol qəzasında 3 nəfər ölüb, 6 nəfər yar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Nevşehir şəhərində üç avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib. Bu barədə "TRT Haber"  bildirib.

    Telekanala görə, hadisə Nevşehir – Kayseri şosesinin Bozca qovşağının yaxınlığında olub.

    Ölən və yaralıların adları hələ açıqlanmayıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.