Ermənistanda hərbçi mübahisə və davadan sonra həmkarını pulemyotla güllələyib
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, fevralın 24-də saat 17:55-də şimal-şərq sərhədində döyüş mövqeyində növbətçi olarkən sıravi əsgərlər S.P və Avak Zakarian şəxsi məsələlərlə bağlı mübahisə edib. Mübahisə davaya çevrilib və bu zaman S.P. pulemyotu doldurub və Zəkəryanı güllələyib. Zəkəryan hərbi hospitala aparılarkən yolda açıq yaradan dünyasını dəyişib.
Hərbi qulluqçu S.P. Ermənistan Cinayət Məcəlləsinin “Qətl” maddəsi ilə ittiham olunur. Məhkəmə həbs qətimkan tədbiri seçib. İbtidai istintaq davam edir.