"Midvolga 2" tankerinə Türkiyə sahillərində hücum edilib
Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi xəbər yayıb YENİLƏNİB/FOTO
11:00
TASS xəbər verir ki, Qara dənizdə hücuma məruz qalan Rusiya gəmisi "Midvolqa 2"nin Gürcüstana göndərilməsi barədə məlumat yalandır. Bu barədə Respublika Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bəyanatda deyilir: "Dəniz Nəqliyyatı Agentliyi tərəfindən təsdiqlənmiş məlumata görə, sözügedən gəmi Gürcüstan dəniz limanlarında yerləşdirilmək üçün siyahıya alınmayıb və daxil edilməyib".
Qeyd olunur ki, "Midvolqa 2"nin Gürcüstan Milli Dəniz Sisteminə yaxınlaşması barədə heç bir bildiriş yoxdur.
***
Ukrayna Xarici İşlər Nazirliyi Qara dənizdə Rusiya bayrağı altında üzən gəmiyə dron hücumunu təkzib edir.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü X sosial media saytında yazıb: "Ukraynanın bu hadisə ilə heç bir əlaqəsi yoxdur."
"Biz rəsmi olaraq Rusiya təbliğatının bu cür iddialarını təkzib edirik. Üstəlik, Rusiyadan Gürcüstana Türkiyənin iqtisadi zonasından keçən ehtimal olunan marşrut mənasızdır və bütün hadisənin Rusiya tərəfindən təşkil olunduğunu göstərir", - Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü yazıb.
***
2025-12-02 13:15
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan "Midvolga 2" tankerinə Türkiyə sahillərindən 80 mil aralıda hücum edilib.

Tankerin mühərrikləri hələ də normal işləyir və gəmi Sinop istiqamətində hərəkət edir.

Türkiyə nazirliyi tankerə necə və kim tərəfindən hücum edildiyi barədə ətraflı məlumat verməyib.


1 dəqiqə