Tailandın Malayziya ilə sərhədində yerləşən Sunqaykolok şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Tailand Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 11 nəfər ölüb, 120-dən çox insan yaralanıb.
Partlayış nəticəsində yerli ticarət mərkəzinə, bazara və 500 m radiusda 150 evə xeyli ziyan dəyib, bəzi yaşayış binaları tamamilə dağılıb.
Hadisənin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Dağıntılar altında qalanların axtarışları aparılır.
Regional hakimiyyət orqanları tibbi, psixoloji və humanitar yardımların göstərilməsi üçün qərargahlar yaradıb.