Avtovağzal yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın

FHN bildirir VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-in Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb.

    Xəsarət alan olmayıb.