XƏBƏRLƏR / Hadisə

Konyada çökən binanın altında qalan 3 nəfər xilas edilib

Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir

Konyada çökən binanın altında qalan 3 nəfər xilas edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:25

    Konyada 4 mərtəbəli binanın çökməsi səbəbilə başladılan axtarış-xilasetmə tədbirləri bitib.

    Dağıntıların altından daha bir nəfərin meyiti çıxarılıb.

    Qeyd edək ki, ümumi olaraq, baş verən hadisə nəticəsində üç nəfərin həyatı xilas edilib, iki nəfər ölüb.

    ***

    12:20

    Konyada 4 mərtəbəli binanın dağıntıları altından bir nəfərin cansız bədəni çıxarılıb.

    Qeyd edək ki, dağıntıların altında ümumi 5 nəfər qalıb. Onların 3-ü xilas edilib, 1-i həlak olub, digəri ilə bağlı isə heç bir məlumat yoxdur.

    ***

    Türkiyənin Konya vilayətində çökən 4 mərtəbəli binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.

    Türkiyə mətbuatı xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub.

    Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir.

    Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir.

    Yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.