XƏBƏRLƏR / Hadisə

Cəlilabadda oteldə yanğın baş verib

Hadisənin səbəbi hələlik məlum deyil

Cəlilabadda oteldə yanğın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cəlilabad rayonunda oteldə yanğın baş verib.

    Yanğın hadisəsi şəhər ərazisində yerləşən otellərdən birində qeydə alınıb. Hadisənin səbəbi hələlik məlum deyil.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

    Yanğının miqyası və dəymiş ziyan barədə hələlik məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.