XƏBƏRLƏR / Hadisə

Xırdalanda yaşayış binasında yanğın baş verib VİDEO

Sakinlər təxliyə olunub

Xırdalanda yaşayış binasında yanğın baş verib VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    VİDEO

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində on beşmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində 6-sı uşaq olmaqla ümumilikdə 18 nəfər bina sakini təxliyə olunub.

    Xəsarət alan olmayıb.

    Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.