Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
bina sakinlərinin 12 nəfərin təxliyəsi həyata keçirilib
Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin qüvvələrinin operativ müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin 12 nəfərin təxliyəsi həyata keçirilib",- əlavə edilib.