XƏBƏRLƏR / Hadisə

İzmirdə balıqçı gəmisi batıb: 3 ölü, 2 itkin

Bu barədə "TRT Haber" məlumat yayıb

İzmirdə balıqçı gəmisi batıb: 3 ölü, 2 itkin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İzmir şəhərinin Dikili rayonunun sahilində balıqçı gəmisinin batması nəticəsində göyərtədəki 10 nəfərdən 3-ü ölüb, 5 nəfər yaralı xilas olunub.

    “TRT Haber”ə görə, hadisədə 2 nəfər itkin düşüb.

    Su nəqliyyat vasitəsinin hansı səbəblərdən batdığı hələlik məlum deyil.

    İtkin düşmüş iki nəfərin axtarışları davam etdirilir.