Rusiya An-24 təyyarəsinin göyərtəsində olanların hamısı ölüb
Bu barədə Rusiya mətbuatı xəbər yayıb YENİLƏNİB/FOTO/ VİDEO

11:56
Rusiyanın Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsinin ilkin kadrları nümayiş etdirilib.
VİDEO
***
11:06
İlkin məlumatlara görə, Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.
Zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi Amur bölgəsində qəzaya uğramış An-24 səbəbi hesab edilir, fövqəladə xidmətlər bildirir. (TASS)
***
10:53
Rusiyada radarlardan itən “AN-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.
Rusiya KİV-əi xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.
***
10:19
Rusiyanın Amur vilayətində “Anqara” aviaşirkətinin Xabarovsk-Blaqoveşensk-Tinda reysi ilə uçan An-24 təyyarəsi radarlardan itib.
Təyyarədə bir məlbuata görə 43 sərnişin (5-i uşaq) və 6 ekipaj üzvü, digər xəbərə görə 40 sərnişin, 6 ekipaj üzvü olub olub.