Azərbaycan XİN Portuqaliyaya başsağlığı verib
Bu barədə qurumun "X" hesabında paylaşım edilib

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib.
Bu barədə qurumun "X" hesabında paylaşım edilib.
"Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik",-məlumatda qeyd olunub.
Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində 17 nəfər ölüb.