Ucarda əvvəlcə partlayış, sonra yanğın olub
Yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada qeydə alınıb

Ucarın Müsüslü kəndində səhər satlarında partlayış baş verib.
Saat 07:40 radələrində stansiyada yerləşən transformatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.
Yerli sakinlərin bildirdiyinə görə, yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası dərhal əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.