Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk şəhərində fişəng istehsalı müəssisəsində baş verən partlayış nəticəsində on dörd nəfər həlak olub.
Digər bir zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hazırda məlum olanlar:
Partlayış zamanı müəssisənin içərisində 15 işçi olub;
Yanğın lokallaşdırılıb və axtarışlar davam edir. Hadisə yerində təxminən 100 yanğınsöndürən və 40 ədəd texnika işləyir;

Regionda xüsusi qrup yaradılıb və fövqəladə vəziyyət elan edilməsi barədə qərar hazırlanır;
Uşaqlar və müəllimlər yaxınlıqdakı sosial müəssisələrdən təxliyə edilib;
İstintaq Komitəsi fişəng istehsalı müəssisəsində baş verən yanğınla bağlı cinayət işi açıb.
Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev bildirib ki, qurbanların ailələri və yaralılar lazımi yardımı alacaqlar.
1 dəqiqədən az