XƏBƏRLƏR / Hadisə

“Saudi Airlines” şirkətinin təyyarəsində yanğın baş verib

Təyyarədəki 276 sərnişin və 21 heyət üzvü təxliyə edilib

“Saudi Airlines” şirkətinin təyyarəsində yanğın baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Saudi Airlines” şirkətinin Ər-Riyaddan Pakistanın Peşavar şəhərinə uçan sərnişin təyyarəsinin şassisi eniş vaxtı alovlanıb.

    “Dawn” qəzeti xəbər verir ki, təyyarədəki 276 sərnişin və 21 heyət üzvü təxliyə edilib, xəsarət alan olmayıb.

    Pakistan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, dispetçerlər yerə enən təyyarənin sol şassisinin tüstüləndiyini görüblər. Dərhal yanğınsöndürənlər çağırılıb və yanğın söndürülüb.

    Hadisə Peşavar beynəlxalq hava limanının fəaliyyətinə təsir etməyib, bütün uçuşlar cədvəl üzrə həyata keçirilib.