Meksika körfəzində neft platformasında yanğın
Yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb
Meksika körfəzində yerləşən neft platformasında baş vermiş yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb. Qeyd olunub ki, texniklər boru kəmərlərinin və birləşdirici elementlərin bərpası yollarını öyrənir və obyekti bərpa etməyə çalışırlar. Hadisənin səbəbləri araşdırılır.
“La Jornada” qəzeti isə platformada baş verən yanğında 6 nəfərin öldüyünü iddia edib.