XƏBƏRLƏR / Hadisə

Müğənni Rihannanın evinə beşaçılan tüfənglə 10 atəş açılıb

"Los Angeles Times" qəzeti xəbər verir ki, atəşi 30 yaşlı qadın açıb

Müğənni Rihannanın evinə beşaçılan tüfənglə 10 atəş açılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Los Angeles Times" qəzetinin məlumatına görə, bir qadın müğənni Rihannanın Los Ancelesdəki evinə beşaçılan tüfəng ilə atəş açıb.

    Şübhəli qadın müğənninin Beverli Hillsdəki malikanəsinə yaxınlaşıb və təxminən on atəş açıb, bunlardan bir neçəsi evin divarını və park edilmiş avtomobili deşib. Rihanna həmin vaxt evdə olub.

    30 yaşlı qadın saxlanılıb. Onun maşınında AR-15 tüfəngi və yeddi giliz tapılıb.