Çin sualtı qayığında 55 dənizçi həlak olub
Bu barədə “Daily Mail” qəzeti Britaniya kəşfiyyat xidmətinin hesabatına istinadən məlumat yayıb
Çinə məxsus sualtı qayığın Sarı dənizdə qəzaya uğraması nəticəsində göyərtədə olan 55 dənizçi həlak olub.
Bu barədə “Daily Mail” qəzeti Britaniya kəşfiyyat xidmətinin hesabatına istinadən məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, faciə avqustun 21-də baş verib. Çin sualtı qayığı Amerika sualtı qayıqları üçün nəzərdə tutulmuş zəncir və lövbərlərdən hazırlanmış tələyə düşüb. Nəticədə 55 Çin hərbçisi həlak olub. Ölənlər arasında 22 zabit, 7 kursant, 9 çavuş və 17 matros var. Sualtı qayığın kapitanı da dünyasını dəyişib.