Türkiyədə meşə yanğınları davam edir
Yanğının təhlükə yaratdığı bir kənd boşaldılıb
Türkiyənin Muğla vilayətinin Milas bölgəsində baş verən meşə yanğınları ilə mübarizə davam edir.
Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Məlumata görə, yanğının söndürülməsinə 6 təyyarə, 8 helikopter, çoxsaylı yanğınsöndürmə maşınları və jandarma cəlb edilib.

Yanğının təhlükə yaratdığı bir kənd boşaldılıb.
Qeyd edilir ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.
1 dəqiqədən az