AZAL təyyarəsinin qəza enişi etməsi ilə bağlı məlumat yaydı
Təyyarənin göyərtəsində 62 sərnişin olub
AZAL Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəza enişi etməsi ilə bağlı yeni məluamatları açıqlayıb.
Şirkətdən bildiriblər ki, təyyarənin göyərtəsində 62 sərnişin olub. İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı. Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.