XƏBƏRLƏR / Hadisə

Əfqanıstanda təyyarə qəzaya uğrayıb YENİLƏNİR

İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub

Əfqanıstanda təyyarə qəzaya uğrayıb YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 19:22

    Əfqanıstanda radarlardan itən Falcon 10 təyyarəsinin göyərtəsində olan 4 nəfər, ilkin məlumatlara görə, sağdır, daha iki nəfər haqqında məlumat dəqiqləşdirilir.

    Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.

    “Rusiyanın Əfqanıstandakı səfirliyinin məlumatına görə, yerli axtarış-xilasetmə xidməti Falcon 10 təyyarəsini tapıb, təyyarənin göyərtəsində olan altı nəfərdən ilkin məlumata görə dördü sağdır (onların müxtəlif xəsarətləri var), iki nəfərin taleyi dəqiqləşdirilir”, - deyə idarədən bildirilib.

    ***

    Əfqanıstanda radardan itən təyyarə “Atletik Group”a məxsusdur. Təyyarə Daşkənddən Moskvaya uçurmuş.

    Bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi ("Rosaviasiya") açıqlama yayıb.

    Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib.

    “İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub", - məlumatda deyilir.

    “Rosaviasiya” Əfqanıstan və Tacikistanın aviasiya qurumları ilə əlaqə saxlayır. Hazırda təyyarənin axtarışı davam etdirilir.

    Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.

    Qeyd olunub ki, hava gəmisinin ilk uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.

    Bədaxşan əyalətindəki Taliban hərəkatının nümayəndəsi “Khaama Press” agentliyinə hadisənin başvermə səbəbini araşdırmaq üçün bölgəyə qrupun göndərildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, təyyarə radardan çıxıb və dağlıq əraziyə düşüb.