Türkiyədə yol qəzasında 21 nəfər xəsarət alıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, hadisə Bartında qeydə alınıb. Toydan qayıdan qonaqları daşıyan mikroavtobusun kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 3-ü uşaq olmaqla 19 sərnişin və sürücülər - ümumilikdə 21 nəfər yaralanıb.
Mikroavtobus toqquşmadan sonra zərbənin gücündən elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Bartın Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırma başlanıb.
1 dəqiqədən az