XƏBƏRLƏR / Hadisə

Marneulidə güllələnən azərbaycanlı gənc xəstəxanada ölüb

Bu barədə Gürcüstan mediası xəbər yayıb YENİLƏNİB

Marneulidə güllələnən azərbaycanlı gənc xəstəxanada ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:32

    Ötən gün Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında Bayramov soyadlı azərbaycanlı kişi və onun oğlunun güllələnməsi “oğru aləmi” ilə əlaqələndirilir.

    Bu barədə soydaşlarımızın qohumları “TV Pirveli” kanalına bildiriblər.

    Onların iddialarına görə, silahlı basqından bir neçə gün öncə “Polad” ləqəbli “qanuni oğru”nun adından Bayramovlarla əlaqə saxlanılıb və pul tələb edilib.

    Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxs maskasız olub və bazar ərazisini taksiyə əyləşərək tərk edib.

    Telekanalın məlumatına əsasən, atışma törədən şəxsin kimliyi müəyyən edilsə də, hələ saxlanılmayıb.

    Qeyd edək ki, ata və oğlu bazarda qızıl əşyaları mağazasının sahibləri olub. Silahlı insident nəticəsində güllə yarası alan 27 yaşlı Sahib Bayramov xəstəxanada ölüb, atasının vəziyyəti isə stabil ağır olaraq qalır.

    ***

    10:19

    Marneuli bazarında baş vermiş silahlı insident nəticəsində yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb.

    Onun hadisə zamanı güllə yarası alan atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

    Ata və oğlunun güllələndikləri qızıl əşyalar mağazasının sahibləri olduğu bildirilir.

    Hadisənin motivi məlum deyil.