XƏBƏRLƏR / Hadisə

İran sahillərində tanker yanıb

Bu barədə "Azad İran" məlumat yayıb

İran sahillərində tanker yanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam Respublikasının Teleradio Yayım Təşkilatının məlumatına əsasən, Fars körfəzi sularında Əsəluye sahillərində maye qaz daşıyan tanker yanıb.

    Buşehr əyalətində yerləşən Əsəluye limanının direktoru Məhəmməd Şəkibi Nəsəb bildirib ki, yanğın 40 min ton yük daşıyan gəminin mühərrikində yaranan problem nəticəsində baş verib.

    Onun sözlərinə görə, gəminin 22 nəfərlik heyəti xilas edilib.

    Qeyd edək ki, Panama bayrağı altında üzən və 51 ildir işləyən “Ağ mirvari” adlı bu gəmi BƏƏ istiqamətində üzürmüş.