XƏBƏRLƏR / Hadisə

Türkiyədə hərbi helikopter qəzaya uğrayib: 4 şəhid

Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir FOTO

Türkiyədə hərbi helikopter qəzaya uğrayib: 4 şəhid
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi şəhid olub.

    Əraziyə çoxsaylı xilasedicilər cəlb olunub.

    Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda hərbi helikopter qəzaya uğrayıb.

    Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib.

    Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) qəzaya uğrayan helikopterin S-70 tipli olduğunu açıqlayıb. Nazirlik həmçinin helikopterin qalıqlarının aşkarlandığını bildirib.

    Hadisənin səbəbi haqda hələ məlumat verilməyib. Ərazidə müvafiq qurumların fəaliyyəti davam edir.