XƏBƏRLƏR / Hadisə

İrəvan Dövlət Universitetində partlayış VIDEO

Bir nəfər ölüb, 3 nəfər yaralanıb

İrəvan Dövlət Universitetində partlayış VIDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13:05

    İrəvan Dövlət Universitetinin binalarından birində baş vermiş partlayış nəticəsində yaralanan 3 nəfərdən birinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Ermənistanln Səhiyyə Nazirliyi məlumat verib.

    O, reanimasiya şöbəsindədir. Digər zərərçəkənin vəziyyəti orta-ağır, üçüncünün vəziyyəti isə qənaətbəxşdir.

    ***

    Ermənistanın paytaxtında yerləşən İrəvan Dövlət Universitetinin Kimya, Coğrafiya, Əczaçılıq fakültəsinin yerləşdiyi korpusda partlayış baş verib. Bir nəfər ölüb, 3 nəfər yaralanıb.

    İlkin məlumata əsasən, partlayış kimya kafedrasında baş verib.

    Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və yanğınsöndürən avtomobillər cəlb ediliblər.

    Hadisənin təfərrüatı barədə məlumat verilməyib.