XƏBƏRLƏR / Hadisə

Bakıda mikravtobus qəzaya düşüb, 19 xəsarət alan var

Bu barədə TƏBİB-dən bildirilib YENİLƏNİB

Bakıda mikravtobus qəzaya düşüb, 19 xəsarət alan var
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:34

    Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-də saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

    Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

    ***

    10:20

    Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

    Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

    O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

    "Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə hadisə zamanı xəsarət alan şəxslər var.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

    Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

    Fatkla bağlı araşdırma aparılır.