XƏBƏRLƏR / Hadisə

Şəkidə minik və yük avtomobilləri toqquşub, ölənlər var

DİN xəbər verir

Şəkidə minik və yük avtomobilləri toqquşub, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 12 radələrində Şəki rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

    “Opel” markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində birincinin sürücüsü Ramin Abdullayev və sənişini vəfat edib.

    Araşdırma aparılır.