XƏBƏRLƏR / Hadisə

Kanala düşən avtomobil sudan çıxarılıb, sürücü tapılmayıb

Hadisə Samur-Abşeron kanalının Şəfəq qəsəbəsindən keçən hissəsində qeydə alınıb

Kanala düşən avtomobil sudan çıxarılıb, sürücü tapılmayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeronda avtomobil kanala düşüb.

    Hadisə Samur-Abşeron kanalının Şəfəq qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

    Abusət Əliyev yolda hərəkətdə olarkən idarəetməni itirərək kanala düşüb.

    Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb.

    Qeyd edək ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

    Axtarışlar davam etdirilir.