XƏBƏRLƏR / Hadisə

Türkiyədə üç çoban qar uçqununa düşüb

Bu barədə NTV məlumat yayıb

Türkiyədə üç çoban qar uçqununa düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Artvin vilayətində 3 çoban qar uçqunu altında qalıb.

    Bu barədə NTV məlumat yayıb.

    Bildirilib ki, hadisə Artvinin Ardanuç rayonuna bağlı Zəkəriyyə kəndində baş verib.

    Çobanlar xırdabuynuzlu sürüləri ilə birlikdə qar uçqunu altında qalıblar. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.