İran Prezidenti Pezeşkian Bəndər Abbasa səfər edib YENİLƏNİB
O, partlayış olan limana gedib

16:52
Bu gün Bəndər Abbasın Hatəm əl-Ənbia xəstəxanasında Şəhid Rəcai limanında baş verən partlayışda yaralılarla danışan İran Prezidenti Məsud Pezeşkian müalicə alan həkimlərdən xəstələrin son vəziyyətini soruşub və lazımi göstərişlər verib.
Bu barədə IRNA xəbər verib.
Dövlət başçısı xəsarət alanların ailələri ilə də görüşüb söhbət edib.
Prezident xəstəxananın müxtəlif şöbələrində də olub.
Xəstəxana rəsmilərinin bildirdiyinə görə, Şəhid Rəcai Limanında baş verən hadisədə xəstəxanaya 117 yaralı gətirilib.
Qeyd edək ki, partlayışın səbəbi hələ müəyyən edilməyib.
Təxminən 2400 hektar ərazisi olan Şəhid Rəcai Limanı illik 70 milyon ton yük daşımaq gücünə malikdir. Bu liman dərinliyi 15 metr olan 23 estakadadan ibarətdir ki, onlardan yalnız bir estakada partlayış nəticəsində ciddi ziyan dəyib.
***
16:17
Bu gün İran Prezidenti Məsud Pezeşkian Bəndər Abbas şəhərinə səfər edib.
O, partlayış baş verən Şəhid Rəcai Limanına gedəcək, limanda aparılan xilasetmə işləri ilə tanış olacaq.
Bu barədə IRNA xəbər verib.
Qeyd edək ki, son məlumata görə, aprelin 26-da yerli vaxtla saat 12.30-da İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 1139 nəfər yaralanıb.