XƏBƏRLƏR / Hadisə

Şimali Kipr sahillərində gəmi qəzasında ölü sayı 12-yə çatıb

Bu barədə ŞKTC-nin Baş naziri Ünal Üstel məlumat verib

Şimali Kipr sahillərində gəmi qəzasında ölü sayı 12-yə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərində sərnişin gəmisinin qəzaya uğradığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı çərçivəsində sentyabrın 4-də səhər saatlarında daha iki nəfərin cəsədi aşkarlanıb.

    Bu barədə ŞKTC-nin Baş naziri Ünal Üstel məlumat verib.

    “Avqustun 30-da Girnə limanı sahillərində baş vermiş faciə nəticəsində ölənlərin rəsmi sayı 12-yə çatıb. İki qadının cəsədi aşkar edilib. 16 nəfərin axtarışı davam edir”, – deyə hökumət başçısı bildirib və sonuncu qurban aşkarlanana qədər əməliyyatın dayandırılmayacağını vurğulayıb.

    Onun sözlərinə görə, pilotsuz sualtı aparatlar əvvəllər gəmi-katamaranın qalıqlarının aşkar edildiyi 550 metr dərinliyə enir.

    Rəsmi qurumların məlumatına görə, sualtı robotlar 135 kiloqram ağırlığında yükü səthə qaldıra bilir.