XƏBƏRLƏR / Hadisə

Ağsuda ağır qəza: 2 ölü YENİLƏNİB

Qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Ağsuda ağır qəza: 2 ölü YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:56

    Ağsu rayonunda iki nəfərin öldüyü avtoqəzada xəsarət alanların son durumu məlum olub.

    TƏBİB-dən bildirilib ki, mayın 26-da saat 03:20 radələrində Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

    2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

    Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.

    Hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

    ***

    08:44

    Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq təxminən 100 metr aralıda yerləşən çayın yatağına aşıb.

    Qəza zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində həyatını itirib. Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə və ölümün dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.