XƏBƏRLƏR / Hadisə

Çində kömür mədənində qəza: 90 ölü YENİLƏNİB

Xilasedicilər 201 nəfəri təxliyə edib

Çində kömür mədənində qəza: 90 ölü YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:35

    Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib.

    Bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib.

    Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə 345 nəfər cəlb edilib.

    ***

    09:25

    Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 82-yə yüksəlib.

    Bu barədə "Sinxua" məlumat yayıb.

    Hazırda hadisə yerində axtarış işləri davam edir.

    Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib. Xilasedicilər 201 nəfəri təxliyə edib.

    ***

    07:41

    Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

    Bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.

    Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub. Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan səkkiz nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

    Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Qəzanın səbəbləri araşdırılır.