Azərbaycan hökumətinin nümayəndələri Aktauda Qazaxıstanın Baş nazinin müavini Kanat Bozumbayev ilə görüşüb.
Tərəflər daha sonra təyyarə qəzasında xəsarət alaraq, müalicə olunan yaralılara baş çəkiblər.
Baş nazirin müavini K. Bozumbayev yaralıların effektiv müalicəsi üçün bütün lazımi tədbirlərin görülməsi ilə bağl tapşırıq verib.
Azərbaycan rəsmiləri göstərilən dəstəyə görə Qazaxıstan hökumətinə və xalqına təşəkkür edib.